The Arockalypse

The Arockalypse
Lordi tərəfindən ifa olunmuş studiya albomu
Yayımlanma tarixi 3 mart 2006
Janr hard-rok
Müddət 2.699 san.
Dil ingilis dili

The Arockalypse — Lordi heavy-metal musiqi qrupunun 2006-cı ildə işıq üzü görən üçüncü və ən uğurlu musiqi albomu. Bu albomda yer alan "Hard Rock Hallelujah" mahnı ilə qrup 2006-cı ildə keçirilən Avroviziyada qalib gəlmişdir. Albom Finlandiyada 3 dəfə platin, İsveç, Almaniya və Yunanıstanda isə qızıl albom olmuşdur. Finlandiya, Yunanıstan və İsveç çartlarında o ilk yerləri tutmuş, Almaniya, Estoniya və İsveçdə isə ilk onluqda yer almışdır. Albomun üz qabığında bas gitaraçı OX təsvir olunub, amma əslində isə albomdakı bas gitara ifası Kalma-ya aiddir və bu haqda albomun açıqçasında məlumat verilir.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search